Azərbaycan kikboksçuları Avropa çempionatında 7 medal qazandı (FOTO)
21
okt
2018
12:25
Slovakiyanın paytaxtı Bratislavada keçirilən kikboksinq üzrə WAKO Avropa çempionatı başa çatıb.BAKU.WS-in məlumatına görə, ötən gün finalda yarışan dörd idmançımızın hamısı uduzub. Belə ki, Ramal Aslanov Rusiyanı təmsil edən Turqay Məmmədova, Əsgər Rəhimov ukraynalı Sergey Qerasimenkoya, Elxan Əliyev rusiyalı Alimpaşa Tambiyevə və Bəhram Rəcəbzadə Xorvatiya idmançısı Antonio Plazibata uduzaraq gümüş medalla kifayətlənib.Beləliklə, kikboksçularımız vətənə yeddi medalla qayıdır. Gümüş medal qazanan idmançılarımız bunlardır:Ramal Aslanov (71 kq - Low Kick versiyası), Əsgər Rəhimov (57 kq - K1 qaydaları üzrə), Elxan Əliyev (71 kq - K1), Bəhram Rəcəbzadə (+91 kq - K1). Ruslan Musayev (63.5 kq - Low Kick), Anar Məmmədov (54 kq - K1) Fatma Rəcəbzadə (48 kq - Low Kick) isə bürünc medal əldə ediblər.Qeyd edək ki, bir gün əvvəl keçirilmiş veteranların mükafatlandırılmasında iki azərbaycanlı məşqçi də medal qazanıb. Telman Məhərrəmov gümüş və Hikmət Hacıyev bürünc medalı muzeyinə aparıb.BAKU.WS
Oxşar xəbərlər
Boksçumuz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında medal qazandı
Azərbaycan boksçusu Nurlan Səfərov (60 kq) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.BAKU....