Azərbaycan SİYAHIDA liderlik edir
Mayın 14-də - "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə Azərbaycan idmançıları 28 medal qazanıblar. Bu medallardan 14-ü qızıl, 8-i gümüş, 6-sı isə qızıldır.
BAKU.WS xəbər verir ki, Azərbaycan yığma komandası yarışın ikinci günündə də medal siyahısına başçılıq edir. Hazırda milli komandamızın aktivində 50 medal - 24 qızıl, 17 gümüş və 9 bürünc var.
Azərbaycanın ən yaxın izləyicisi Türkiyə milli komandası 59 medalla ikinci sıradadır. Bu medallardan 20-sı qızıl, 24-ü gümüş, 15-i bürüncdür.
İlk beşliyi Özbəkistan (21 medal, 5-4-12), İndoneziya (23 medal, 4-10-9) və İran (17 medal, 4-5-8) tamamlayır.
Ümumilikdə iki gün ərzində 17 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan komandası İslamiadada qızıl medal qazandı (FOTO)
Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkovadan ibarət idman gimnastikası üzrə Azərbaycan komandası İslamiadnın idman gimnastikası yarışlarında qızıl m...