Azərbaycanın cüdoçusu dünya çempionu olub - FOTO
18
okt
2018
08:44
Baham adalarının paytaxtı Nassauda cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.BAKU.WS xəbər verir ki, ilk yarış günündə Azərbaycan yığması 2 medal qazanıb.55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyevlə Balabəy Ağayev finalda üz-üzə gəlib. Qızıl xalla qələbə qazanan Əliyev dünya çempionu olub. Ağayev isə gümüş medal əldə edib.Digər cüdoçulara gəldikdə, 44 kq çəkidəki Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətlənib. Bu çəkidə Həmidovanın komanda yoldaşı Ramilə Əliyeva və 60 kq çəkidəki Kəramət Hüseynov 1/8 finalda məğlub olub və mübarizəni dayandırıb.Qeyd edək ki, dünya çempionatında Azərbaycan 6 kişi və 3 qadın cüdoçu ilə təmsil olunur. Oktyabrın 18-də qadınların yarışında İçinxorlu Munxtsedev (57 kq) 1/16 finalda Anna Dabrovska (Polşa) ilə, Hasil Cəfərov (73 kq) isə eyni mərhələdə Jilberto Kardoso (Meksika) ilə qarşılaşacaq. Oktyabrın 19-da tatamiyə çıxacaq Murad Fətiyev (81 kq) 1/16 finalda Fransua Qotye-Drapo (Kanada) ilə üz-üzə gələcək. Oktyabrın 20-də mübarizə aparacaq Adil Kərimli (100 kq) isə eyni mərhələdə İvo Vitasseklə (Almaniya) görüşəcək.Dünya çempionatında 67 ölkədən ümumilikdə 426 idmançı - 240 kişi və 186 qadın cüdoçu mübarizə aparır.Böyüklər arasında XXXII dünya çempionatı 20 – 27 sentyabrda Bakıda keçirilib.Xatırladaq ki, bir neçə gün bundan əvvəl Azərbaycan pauerliftinqçisi ikinci dəfə dünya çempionu olub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu dünya çempionatında beşinci yeri tutub
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 5-ci yeri tutub.“Report” xəbər verir ki, 60 kq çəkidə çıxış edən idmançı bürünc medal...