Respublika Şahmat Mərkəzinə direktor təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Respublika Şahmat Mərkəzinə direktor təyin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.
E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.
Daha əvvəl isə o, 23 ilədək idman jurnalisti kimi "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" agentliklərində müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.
E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin Qalibləri" layihəsini, həmçinin minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...