Qurban Qurbanov: Çətin və maraqlı qrupa düşdük
31
avq
2018
19:55
Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi avrokuboklarda təcrübələri olan klublarla qarşılaşacağıq.BAKU.WS-in məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasiminin nəticələri barədə açıqlamasında deyib.Q.Qurbanov qeyd edib ki, ötən mövsümdə qrupdakı rəqiblər də çətin idi. “Ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.BAKU.WS
Oxşar xəbərlər
Qurban Qurbanov rəqib haqqında: "Olduqca intizamlı oynadılar"
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Şerif"ə 0:1 hesabıyla məğlub oldu.BAKU.WS xəbər verir ki, komandamızın baş məşqçisi Qurba...