Qurban Qurbanov rəqib haqqında: "Olduqca intizamlı oynadılar"

Qurban Qurbanov rəqib haqqında: Olduqca intizamlı oynadılar
İdman 2012
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Şerif"ə 0:1 hesabıyla məğlub oldu.BAKU.WS xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".BAKU.WS

Son xəbərlər