Qurban Qurbanov BATE ilə oyundan danışdı: "Futbolçularımdan razı qaldım"

Qurban Qurbanov BATE ilə oyundan danışdı: Futbolçularımdan razı qaldım
İdman 983
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Belarusun BATE klubuyla 1:1 hesablı heç-heçə edib. BAKU.WS-in məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik".BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər