Qurban Qurbanov: "Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq"
23
avq
2018
10:22
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin ilk matçında bu gün səfərdə "Şerif"in qonağı olacaq. BAKU.WS-in məlumatına görə, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:"Bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq. Ötən ilki "Şerif"lə bu ilki arasında böyük fərq var, komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq.Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq".BAKU.WS
Oxşar xəbərlər
Qurban Qurbanov: "Onların necə hazırlaşdıqlarını bilmirik"
"Çox vacib oyuna çıxırıq. Avrokuboklarda, Çempionlar Liqasında təcrübəsi, öz dəst-xətdi olan komandaya qarşı oynayacağıq. Yaxşı hazırlaşmışıq. Rəqib də bizim qə...