“Qəbələ” qalib gəlib, Sumqayıtda qol vurulmayıb

“Qəbələ” qalib gəlib, Sumqayıtda qol vurulmayıb
İdman 624
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç keçirilib.Günə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib.Matçın taleyini bir qol həll edib. 73-cü dəqiqədə fərqlənən Ceyms Adeniyi meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.Premyer Liqada turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Zirə” və “Sumqayıt” sonuncuların meydanında üz-üzə gəlib. Avrokuboklara vəsiqə üçün bütün ümidləri ölkə kuboku ilə bağlı olan klubların görüşündə qol vurulmayıb.Qeyd edək ki, cavab oyunları mayın 1-də keçiriləcək.Azərbaycan kubokuYarımfinal, ilk oyunlar23 aprel (çərşənbə axşamı)“Qəbələ” – “Qarabağ” – 1:0Qol: Ceyms Adeniyi, 73Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu Hakim-inspektor: Anar SalmanovAFFA nümayəndəsi: Erkin Hüseynov Qəbələ şəhər stadionu, 16:00“Sumqayıt” – “Zirə” – 0:0Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən RəcəbovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Eldəniz Musayev“Kapital Bank Arena”, 18:30

Oxşar xəbərlər

“Qəbələ” və “Neftçi”dən qələbə

“Qəbələ” və “Neftçi”dən qələbə

Topaz Premyer Liqasında XXV tura yekun vurulub.Turun son günündə iki qarşılaşma baş tutub.Öncə diqqətlər Qəbələ şəhər stadionuna yönəlib. Bürünc mükafat uğrunda...

692 İdman 20:39 19 aprel 2019

Son xəbərlər