“Qəbələ” və “Neftçi”dən qələbə
19
apr
2019
20:39
Topaz Premyer Liqasında XXV tura yekun vurulub.Turun son günündə iki qarşılaşma baş tutub.Öncə diqqətlər Qəbələ şəhər stadionuna yönəlib. Bürünc mükafat uğrunda mübarizə aparan “Qəbələ” “Zirə”ni qəbul edib. Hər hissədə bir qol vuran meydan sahibləri qarşılaşmadan üç xalla ayrılıblar. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər.Tura paytaxt derbisi ilə yekun vurulub. Ölkənin ən titullu klubu “Neftçi” debütant “Sabah”ın qonağı olub. Çempionluq mübarizəsi aparan “ağ-qaralar” yalnız rəqib azlıqda qaldıqdan sonra meydan sahiblərinin müqavimətini qırıb.Qeyd edək ki, turun ilk günündə “Səbail” “Sumqayıt”ı 2:1, “Qarabağ” “Keşlə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.Topaz Premyer LiqasıXXV tur19 aprel (cümə)“Sabah” – “Neftçi” – 0:2Qollar: Namiq Ələsgərov, 59, 62Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi BayramovHakim-inspektor: Şahin CəfərovAFFA nümayəndəsi: Seymur Səlimli“Əlincə Arena”, 18:30“Qəbələ” – “Zirə” – 2:1Qollar: Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad ƏhmədovHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Mübariz HüseynovQəbələ şəhər stadionu, 16:00
Oxşar xəbərlər
“Qarabağ” darmadağınla avrokuboklara vəsiqə qazanıb
Topaz Premyer Liqasında XXII tura yekun vurulub. BAKU.WS ona-ya istinadən xəbər verir ki, bu gün IV dövrənin ilk turunun son iki oyunu keçirilib.Avrokuboklara v...