"Qəbələ"də yeni baş məşqçi

Qəbələdə yeni baş məşqçi
İdman 831
“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.BAKU.WS klubun saytına istinadən verdiyi məlumata görə, Famil Xəlilov Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. 2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb F.Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi.Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. Sonuncu müxtəlif komandalarını çalışdırdığı futbol akademiyasından ayrılıb. E.İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.BAKU.WS

Oxşar xəbərlər

Millimizə yeni baş məşqçi təyin edildi

Millimizə yeni baş məşqçi təyin edildi

U-21 yığmamızın baş məşqçisi müəyyənləşib. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasın...

1499 İdman 18:59 11 yanvar 2019

Son xəbərlər