"Qəbələ" yoxlama oyununda qalib gəlib

25
mar
2019
19:31
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib. ONA-nın məlumatına görə, məşqlərini Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” “Sumqayıt”la görüşüb. Paytaxtda baş tutan qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşıb.Qarşılıqlı hücumlarla başlayan görüşdə erkən qol qeydə alınıb. 12-ci dəqiqədə Elvin Məmmədov hesabı açıb. Buraxılan qoldan sonra fəallığı artıran "qırmızı-qaralar" fasiləyə qədər hesabda tarazlıq yaradıb. Asif Məmmədov bərabərlik qolunun müəllifi olub. İkinci hissədə meydana daxil olan Rauf Əliyev cəmi 5 dəqiqə sonra qələbə qoluna imza atıb. Beləliklə, "Qəbələ" yoxlama oyununda 2:1 hesablı qələbə qazanıb.25 martYoxlama oyunu“Qəbələ” – “Sumqayıt” - 2:1Asif Məmmədov, 35, Rauf Əliyev, 50 - Elvin Məmmədov, 12Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasındakı növbəti oyununu aprelin 1-də “Sabah”a qarşı keçirəcək.BAKU.WS

Oxşar xəbərlər
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununa çıxıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, "q...