"Qəbələ" klubu iki yoxlama oyunu keçirəcək

Qəbələ klubu iki yoxlama oyunu keçirəcək
İdman 697
"Qəbələ" klubu 2018/2019 mövsümünün hazırlıqlarını davam etdirir.BAKU.WS-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki gün əvvəl Bakıda bir araya gələn “qırmızı-qaralar” paytaxtdakı hazırlığın 3-cü gününü başa vurub.Komanda günü iki məşqlə yekunlaşdırıb. Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv avqustda start götürəcək Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün ilk turuna qədər iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” iyulun 31-də əvəzedici komanda ilə üz-üzə gələcək. “Qəbələ”nin ikinci yoxlama oyunu isə avqustun 4-də baş tutacaq. Komandanın ikinci rəqibinin adı yaxın günlərdə müəyyənləşəcək.BAKU.WS

Oxşar xəbərlər

“Qarabağ”  “Dinamo” ilə qarşılaşacaq

“Qarabağ” “Dinamo” ilə qarşılaşacaq

“Qarabağ" klubu iyunun 20-də Avstriyada təlim-məşq toplanışına başlayacaq.Klubdan BAKU.WS-ə verilən məlumata görə, Ağdam təmsilçisi hazırlıq prosesində dörd yox...

1347 İdman 20:42 01 iyun 2018

Son xəbərlər