"Qarabağ"ın bəxti gətirmədi: "Ayaks" rəqib oldu

Qarabağın bəxti gətirmədi: Ayaks rəqib oldu
İdman 1398
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib. BAKU.WS xəbər verir ki, səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq."Qarabağ" APOEL-i keçsə, pley-offdakı il oyununu Bakıda keçirəcək.Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.Çempionlar LiqasıPley-off mərhələsi"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferençvaros" (Macarıstan) / "Maribor" (Sloveniya) - "Rosenborq" (Norveç)CFR Kluj (Ruminiya) - "Seltik" (Şotlandiya) / "Slavia" (Praqa, Çexiya) "Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya) / "Kopenhagen" (Danimarka)APOEL (Kipr) - "QARABAĞ" (AZƏRBAYCAN) / PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)"Bazel" (İsveçrə) - LASK (Avstriya) / "Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)"Başakşehir" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) / "Krasnodar" (Rusiya)- "Porto" (Portuqaliya)

Son xəbərlər