"Qarabağ"ın pley-of rəqibləri - PSV, "Marsel", yoxsa "Real Madrid", "Barselona"?
"Mövcud hesablamalar "Qarabağ"ın növbəti mərhələyə yüksəlmə ehtimalının olduqca yüksək olduğunu göstərir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.
Onun sözlərinə görə, söhbət təxminən 99,5 faiz şansdan gedir:
"Demək olar ki, pley-off mərhələsinə vəsiqəni təmin etmişik. Bizdən aşağı pillədə qərarlaşan komandaların hamısının qalib gəlməsi lazımdır ki, vəziyyət dəyişsin. Üstəlik, həmin komandaların bəziləri "Barselona" kimi güclü rəqiblərlə oynayır. Bu ssenarinin baş verməsi real görünmür.
Bu mərhələyə qədər irəliləmək özü böyük uğurdur: Hər bir qələbə, hər bir oyun bizim üçün tarix yazır. Niyə bu yol davam etməsin?".
Mümkün pley-off rəqibləri ilə bağlı danışan Aslan Kərimov konkret komanda adları çəkməyin bu mərhələdə düzgün olmadığını vurğulayıb:
"Bu mərhələdə "rahat" rəqib anlayışı yoxdur, yalnız nisbi üstünlüklərdən danışmaq olar. Potensial rəqiblər arasında PSV, "Marsel" kimi komandalar ola bilər. Çünki bu klublar nisbətən daha münasib variantlar sayılır. Əlbəttə, azarkeşlər üçün "Real Madrid", "Barselona" və ya "Bayern" kimi klublarla oynamaq prestij baxımından daha cəlbedici ola bilər. Amma idman baxımından "Marsel" kimi komanda ilə qarşılaşmaq həmin nəhənglərlə oynamaqdan daha real və münasib görünür".
A.Kərimov sonda qeyd edib ki, mümkün qədər öz ölkələrinin çempionu olmayan komandalarla qarşılaşmaq pley-off mərhələsində "Qarabağ"ın şanslarını daha da artıra bilər.
Orxan Hüseyn
Oxşar xəbərlər
"Liverpul"un rəsmi saytı "Qarabağ"dan yazdı: "4 157 km..."
Azərbaycanın "Qarabağ" futbol klubu Çempionlar Liqasının liqa mərhələsinin son turunda "Liverpul"la qarşılaşmaq üçün İngiltərənin məşhur "Enfild" stadionuna oyu...