"Qarabağ"ın oyununa 24 min bilet satılıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö" (İsveç) oyununa bilet satışı davam edir.
BAKU.WS xəbər verir ki, "Qarabağ" - "Malmö" (İsveç) oyununa 24000 bilet satılıb. Bu barədə "Qarabağ"ın rəsmi Facebook hesabında paylaşım edilib:
"Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərimizin daha tez gəlib tribunalarda öz yerlərini tutmağı xahiş olunur!
Oktyabrın 3-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır."
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda tamaşaçı oturacaqlarının sayı 31 min 200-dür.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqasında I tura 6 oyunla yekun vurulub
UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun oyunları davam edir. Sentyabrın 18-də keçirilən qarşılaşmalarla turun növbəti oyunlarına yekun vurulub. BAKU...
