"Qarabağ"ın İspaniyaya səfər proqramı bəlli olub, kluba 600 bilet ayrılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, komanda bu gün, saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.
Oktyabrın 21-də, yerli vaxtla saat 18:15-də Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşq təşkil olunacaq.
Sözügedən qarşılaşma üçün "Qarabağ"a 600 bilet ayrılıb və ilkin olaraq onlardan 400-ə yaxını satılıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ" Çempionlar Liqasında "Ayaks"la bacaracaq?
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında Azərbaycan çempionatı və "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Ayaks"la baş tutacaq oyunu ba...