"Qarabağ" bu gün Çempionlar Liqasındakı ilk oyununa çıxır
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk qarşılaşmasına çıxacaq.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Portuqaliyanın nəhəng klubu "Benfika" ilə üz-üzə gələcək. Görüş Lissabonda, "Eştadiu da Luş" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.
UEFA Çempionlar Liqası – Liqa mərhələsi, I tur
23:00 – "Benfika" (Portuqaliya) – "Qarabağ" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Məkan: "Eştadiu da Luş", Lissabon
Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin ikinci oyununda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" I turun son oyununda "Şamaxı"nı məğlub edib
Misli Premyer Liqasında I tura yekun vurulub. BAKU.WS xəbər verir ki, günün yeganə oyununda "Şamaxı" "Qarabağ"ın qonağı olub. Tofiq Bəhramov adına Respublika st...