"Qarabağ" "Benfika"ya məğlub olmasa, nə qədər qazanacaq? - MƏBLƏĞ
Bu gün Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının yeni mövsümündə Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşacaq.
BAKU.WS-in məlumatına görə, matç yalnız idman nəticəsi baxımından deyil, həm də maliyyə gəlirləri ilə diqqət çəkir.
UEFA-nın açıqladığı 2025/26 mövsümünün mükafat qaydalarına əsasən, qrup mərhələsində hər bir klub iştirak haqqından əlavə, oyunların nəticəsinə görə də qazanc əldə edir::
Qələbəyə görə – 2,1 milyon avro bonus;
Heç-heçəyə görə – 700 min avro bonus.
Beləliklə, "Qarabağ" bu gün "Benfika"ya qarşı matçda qələbə qazanacağı təqdirdə klubun büdcəsinə 2,1 milyon avro (təxminən 4,2 milyon manat) daxil olacaq. Heç-heçə halında isə komandaya 700 min avro (təxminən 1,4 milyon manat) əlavə gəlir gətirəcək.
Oxşar xəbərlər
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yold...