"Qarabağ" 2500, "Neftçi" 2000 manat cərimələnib
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2500, "Neftçi"ni 2000 manat cərimələyib.
BAKU.WS xəbər verir ki, buna Misli Premyer Liqasının XVII turunda yaşananlar səbəb olub.
Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşmadan sonra meydana kənar şəxsin daxil olması ucbatında ziyana düşüb.
Bakı klubu isə "Zirə" ilə görüşdə oyun günü planı pozulduğu üçün cərimələnib.
Bundan əlavə, "İmişli" "Araz-Naxçıvan"la matçda 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Araz-Naxçıvan"ın dörd futbolçusu sözügedən oyunda sarı vərəqə aldığından klubu 700 manat ziyana salıblar.
"Sabah"da isə "Karvan-Yevlax"la qarşılaşmada beş nəfər eyni halla üzləşib, "bayquşlar"a 700 manat cərimə tətbiq olunub.
Oxşar xəbərlər
Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib
UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunları başa çatıb. Bununla da turnirin pley-off mərhələsində üz-üzə gələ...