"Qalatasaray"la matçda "Malmö"nün qapısını 17 yaşlı qapıçı qoruyacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq "Qalatasaray" - "Malmö" matçında İsveç təmsilçisinin qapısını 17 yaşlı qolkiper qoruyacaq.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Malmö" "Qalatasaray"a qarşı 17 yaşlı qapıçısı Joakim Perssonla mübarizə aparacaq.
Buna səbəb əsas qapıçısının mövsümü başa vurması və ehtiyat qapıçısının xəstəliyi olub.
Xatırladaq ki, "Qalatasaray" UEFA Avropa Liqasının 6-cı həftəsində dekabrın 12-də səfərdə İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq. Yeni Malmö stadionunda keçiriləcək qarşılaşma saat 21.45-də başlayacaq.
Qeyd edək ki, "Malmö" klubu bu mövsüm Avroliqada təmsilçimiz "Qarabağ"a rəqib olmuşdu. Matç isveçlilərin 1:2 hesablı qələbəsiylə başa çatmışdı.
Oxşar xəbərlər
Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir k...