Premyer Liqa: "Kəpəz"lə "Neftçi", "Araz-Naxçıvan"la "Zirə" qarşı-qarşıya
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Misli Premyer Liqasında souncu turun növbəti oyunları keçiriləcək.
BAKU.WS xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq. "Kəpəz" komandası çempion "Neftçi" ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 15:00-da çalınacaq. 32 turdan sonra "Kəpəz" 27 xalla 10-cu, "Neftçi" klubu isə 56 xalla dördüncü sırada qərarlaşıb.
Günün son matçında isə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Xatırladaq ki, aktivində 43 xalı olan "Araz-Naxçıvan" komandası turnir cədvəlinin altıncı, 53 xalı olan Rəşad Sadıqovun kollektivi isə beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.
Misli Premyer Liqası
XXXIII tur
23 may
15:00. "Kəpəz" - "Neftçi"
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev;
VAR: Elçin Məsiyev;
AVAR: Kamran Bayramov;
Hakim-inspektor: Orxan Məmmədov;
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
19:00. "Araz-Naxçıvan" - "Zirə"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov;
VAR: Kamal Umudlu;
AVAR: Asiman Əzizli;
Hakim-inspektor: İmanxan Sultani;
"SOCAR Polymer Arena".
Oxşar xəbərlər
Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir k...