Portuqaliya yığması Ronaldonun dublu ilə Polşanı darmadağın etdi
Futbol üzrə Millətlər Liqasının A Liqasında 5-ci turun oyunlarına yekub vurulub.
BAKU.WS xəbər verir ki, Portunun Draqau stadionunda Portuqaliya kollektivi Polşanı sınağa çəkib. Görüş 5:1 hesabı ilə ev sahibi komandanın xeyrinə yekunlaşıb.
Portuqaliyalı ulduz Ronaldo bu görüşdə dubl və bir məhsuldar ötürməyə imza atıb. Onun ikinci qolu xüsusi ilə baxımlı alınıb. Ronaldo bisiklet zərbə ilə fərqlənib. Portuqaliya yığmasında digər qollarını Rafael Leau, Brunu Fernandeş və Pedru Netu vurub.
Bu qələbə ilə Portuqaliya xallarının sayını 13-ə çatdıraraq qrupda ilk yeri tutur. Polşa 4 xalla üçüncü yerdədir. Xorvatiya 7, Şotlandiya kollektivi də 4 xala malikdir.
Oxşar xəbərlər
AFFA FIFA ilə bağlı islahat çağırışını dəstəkləməyən yeganə assosiasiya olub
AFFA FIFA-nın rəhbərliyində islahatların aparılması ilə bağlı UEFA və Avropanın digər milli assosiasiyalarının mövqeyini dəstəkləməyib. BAKU.WS xəbər verir ki,...