Olimpiadada daha bir idmançının medalı sınıb
Amerikalı dağ xizəkçisi Brizi Conson 2026-cı il Qış Olimpiya Oyunlarında qazandığı qızıl medalın zədələndiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "USA Today Sports" yazıb.
Conson sürətli eniş yarışında qızıl medal qazanıb. Mükafatlandırma mərasimində qələbəni qeyd edərkən medalın lenti qopub.
"Medal həqiqətən ağırdır. Gözlədiyimdən də ağırdır. Yəqin buna görə də ziyan görüb", – deyə amerikalı idmançı bildirib.
Bundan əvvəl də bir neçə idmançı medalların kövrəkliyindən şikayət etmişdi. İsveçli xizəkçi Ebba Andersson gümüş medalının bir hissəsini onun sınması səbəbindən itirib. ABŞ-ni təmsil edən fiqurlu konkisürən Alisa Lyu isə komanda yarışında qalib gəldikləri Olimpiadada medalının lentinin qopduğunu göstərmişdi.
Qeyd edək ki, fevralın 7-nə keçən gecə Milan və Kortina-d"Ampezzo şəhərlərində XXV Qış Olimpiya Oyunları başlayıb. Olimpiya məşəlinin yandırılması mərasimi eyni vaxtda iki şəhərdə baş tutub. Milanda alov Sülh Tağı yaxınlığında, Kortina-d"Ampezzoda isə Anjelo Dibona meydanında yerləşdirilib. Açılış mərasimində ümumilikdə 92 nümayəndə heyəti iştirak edib. Milanda olimpiya məşəlini dağ xizəkçiləri Alberto Tomba və Debora Kompanyonni yandırıblar.
Oxşar xəbərlər
Noa Lanq "Qalatasaray"ın ulduz futbolçusuna çevrilir
"Qalatasaray" mövsümün gedişində etdiyi transferlərlə diqqət çəkməyə davam edir. "Napoli"dən məcburi olmayan satınalma şərti ilə icarəyə götürülən holland futbo...