"Neftçi" yeni mövsümə hazırlığın birinci mərhələsini tamamlayıb
"Neftçi" yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Sonuncu gündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini "Palms Sports" Futbol Mərkəzində keçirilən ikitərəfli oyunda sınayıb.
Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda baş məşqçinin ixtiyarında olan bütün futbolçular, o cümlədən əvəzedici komandadan cəlb edilmiş oyunçular forma geyib.
Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təşkil olunacaq. "Hotel Livada Prestige"də məskunlaşacaq "ağ-qaralar" orada 4 yoxlama görüşü keçirəcək.
Oxşar xəbərlər
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkədə cüdoya veril...