Meyvə, yoxsa meyvə qurusu: Hansı daha faydalıdır?
Meyvə və meyvə qurusu vitamin, mineral və lif mənbəyi olsa da, onların orqanizmə təsiri bəzi xüsusiyyətlərinə görə fərqlənir. Qidalanma mütəxəssislərinin tövsiyələrinə əsasən, gündəlik qidalanmada təzə meyvələrə üstünlük vermək, meyvə qurusunu isə ölçülü miqdarda istehlak etmək məqsədəuyğundur.
BAKU.WS xəbər verir ki, təzə meyvələr su ilə zəngin olduğu üçün orqanizmin maye ehtiyacının qarşılanmasına kömək edir. Tərkibindəki lif toxluq hissini artırır, kalori qəbulunu nəzarətdə saxlamağı asanlaşdırır.
Meyvə qurusu isə suyunu itirdiyinə görə daha konsentrat qida məhsuluna çevrilir. Bu səbəbdən az miqdarda meyvə qurusunda belə təzə meyvə ilə müqayisədə daha çox şəkər və kalori ola bilər.
Mütəxəssislər bildirirlər ki, qurutma prosesi zamanı bəzi istiliyə həssas vitaminlərin, xüsusilə C vitamininin miqdarı azala bilər. Bununla belə, meyvə qurusu lif, kalium, dəmir və digər faydalı maddələri özündə saxlayır.
Meyvə qurusu seçərkən tərkibinə diqqət yetirmək vacibdir. Bəzi məhsullara əlavə şəkər və konservantlar qatılır. Şəkər əlavə edilməmiş məhsullara üstünlük vermək, porsiyanı isə kiçik saxlamaq tövsiyə olunur.
Qeyd edək ki, hər iki məhsul sağlam qidalanmanın bir hissəsi ola bilər. Lakin gündəlik seçim zamanı təzə meyvə daha məqsədəuyğundur. Meyvə qurusu isə xüsusilə səyahət zamanı və ya tez enerji almaq lazım gəldikdə əlverişli alternativdir.
Oxşar xəbərlər
Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb
Endokrinoloq Marqarita Belousovanın sözlərinə görə, fastfudun sağlamlıq üçün təhlükəsiz hesab edilən universal istehlak norması müəyyən edilməyib. Həkim bu cür...