Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Avarçəkmə Federasiyasının (European Rowing) prezidenti Asunsion Loriyente Bakıya səfər edib.
BAKU.WS xəbər verir ki, səfər çərçivəsində qonaq Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında olub.
Ona federasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib. Son illərdə beynəlxalq yarışlarda qazanılan uğurlar, Azərbaycanda təşkil edilmiş avarçəkmə və kanoe üzrə "Prezident Kuboku" və "Mingəçevir Reqatası" beynəlxalq turnirləri diqqətə çatdırılıb. Su idmanı ilə əlaqəli inkişaf etdirilən növlər qeyd olunub.
Daha sonra Asunsion Loriyenteyə Azərbaycan Su İdmanı Federasiyası adından xatirə hədiyyəsi təqdim edilib.
Səfər zamanı Avropa Avarçəkmə Federasiyasının rəhbəri Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunun məşq bazasına baxış keçirib. O, idmançıların açıq havada və trenajor alətlərində məşq prosesi ilə tanış olub.
Qalereya
Oxşar xəbərlər
"GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı
Britaniya məhkəməsi noyabrın 23-də hələ təqdim olunmamış "Grand Theft Auto VI" (GTA VI) oyununun materiallarını dörd il əvvəl ələ keçirən 21 yaşlı haker Aryon K...