Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Kocaeli şəhərində keçirilən "Türk Dünyası Gənclərinin Görüşü" ilə bağlı mətbuata açıqlamasında bildirib.
Səfir qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, dil və mədəniyyətə əsaslanan ailə təşkilatıdır.
O, Prezident İlham Əliyevin gənclərə daim xüsusi diqqət və qayğı göstərdiklərini vurğulayıb.
R. Aslanov bildirib ki, Qarabağın işğaldan azad edilməsindən sonra gənclər təşkilatlarının nümayəndələri bölgəyə səfər edərək aparılan bərpa və quruculuq işləri ilə tanış olurlar.
O həmçinin Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının, gənclərin burada təhsil almasının və Türkiyə universitetlərinin əməkdaşlığa maraq göstərməsinin Azərbaycan gəncliyinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək?
Azərbaycanda əməkhaqqılarından Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsaitin fərdi hesaba köçən hissəsinin 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur. Bu...