"Neftçi" Freddi Varqası sıralarına qatıb
22
iyl
2026
17:01
"Neftçi" Freddi Varqası transfer edib.
Klubdan BAKU.WS-ə verilən məlumata görə, anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu "2+1" il ərzində "ağ-qaralar"ın formasını geyinəcək.
Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.
Oxşar xəbərlər
"Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR
"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq. BAKU.WS xəbər verir ki, bu barədə kl...