"Neftçi" braziliyalı futbolçu Qustavo Klismanla müqavilə imzalayıb
20
iyn
2026
16:55
"Neftçi" yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
"Ağ-qaralar" braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə anlaşıb.
26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib. O, sonuncu klubu "Santa Klara"nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.
Oxşar xəbərlər
"Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR
"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq. BAKU.WS xəbər verir ki, bu barədə kl...