Nazarov Almaniyada 13 dəqiqəyə 2 qol vurdu
29
sen
2019
20:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya çempionatında dubl edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, milliləşən yarımmüdafiəçi 2-ci Bundesliqada fərqlənib.O, formasını geyindiyi “Aue”nin Drezden “Dinamo”su ilə 8-ci turun ev matçında 13 dəqiqəyə 2 qol vurub. 17-ci dəqiqədə penaltini qola çevirən D.Nazarov 29-cu dəqiqədə fərqi artıraraq 4:1 hesablı qələbədə pay sahibi olub.54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanan yarımmüdafiəçi final fitindən 11 dəqiqə öncə əvəzlənib.Qeyd edək ki, “Aue” 8 oyundan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qarabağ" "Zirə"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.BAKU.WS-in məlumatına görə, turun son oyununda "Zirə" "Qarabağ"ı qəbul edib.Zirə Olimpiya Kompleks...