"Qalatasaray" 18-ci dəfə Türkiyə kubokunun qalibi oldu

Qalatasaray 18-ci dəfə Türkiyə kubokunun qalibi oldu
İdman 714
Futbol üzrə Türkiyə Kubokunun qalibi müəyyənləşib.BAKU.WS-in məlumatına görə, finalda "Akhisarspor"a 3:1 hesabı ilə qalib gələn "Qalatasaray" kubokun sahibi olub.Hesabı 56-cı dəqiqədə "Akhisarspor"un futbolçusu Elvis Manu açıb. 6 dəqiqə sonra "Qalatasaray"ın oyunçusu Mbaye Dianye penaltidən yararlana bilməyib. 75-ci dəqiqədə baş hakim Suat Arslanboğa VAR sisteminə müraciət etdikdən sonra yenidən penalti təyin edib. Buna etiraz edən"Akhisarspor"un müdafiəçisi Migel Lopes ard-arda iki sarı vərəqə alaraq, meydandan qovulub. Penaltini isə Sinan Gümüş dəqiq yerinə yetirib.88-ci dəqiqədə Sofyan Fequli "sarı-qırmızılar"ı hesabda önə çıxarıb. Oyunda sonuncu fərqlənən isə 90+4-cü dəqiqədə Dianye olub.Beləliklə, "Qalatasaray" tarixi ərzində rekord sayda - 18-ci dəfə Türkiyə Kubokuna sahib olub.

Oxşar xəbərlər

Son xəbərlər