"Beşiktaş" Avropa Liqasına darmadağınla başlayıb
20
sen
2018
23:54
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib."Report" xəbər verir ki, artıq 6 qrupda 12 görüş keçirilib. Türkiyə təmsilçilərindən "Beşiktaş" Norveç "Sarpsborq"unu darmadağın edib - 3:0.Hər 3 qol fasilədən sonra vurulub. 51-ci dəqiqədə Rayan Babel, 69-cu dəqiqədə Entso Rokko və 82-ci dəqiqədə Ceremeyn Lens fərqlənib."Akhisarspor" isə evdə Rusiya "Krasnodar"ına yenilib - 0:1. Yeganə qolu 26-cı dəqiqədə Viktor Klaesson vurub.Daha bir türk komandası - Qazaxıstan "Astana"sı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo"ya məğlubiyyətdən son anda qurtulmağı bacarıb - 2:2. Hesabı 11-ci dəqiqədə meydan sahiblərindən Viktor Tsıqankov açıb. Qonaqlardan Marin Aniçiç 21-ci dəqiqədə bərabərlik qolunu vursa da, 45+2-ci dəqiqədə Denis Qarmaş "Dinamo"nu yenidən önə çıxarıb. Bununla belə, 90+5-ci dəqiqədə Roman Murtazayev yenidən hesabda tarazlıq yaradıb.Bu görüşdə "Astana"nın heyətində Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda 80-ci dəqiqəyədək meydanda olub. "Qarabağ"ın daha bir sabiq futbolçusu Pedro Enrike isə sonadək oynayıb. O, komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub.Azərbaycanlı Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası isə İtaliyada "Latsio" və Kipr "Apollon"u arasında keçirilmiş qarşılaşmanı idarə edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 11-ci dəqiqədə Luis Alberto açıb. 84-cü dəqiqədə Çiro İmmobile penaltidən fərqi artırıb. 88-ci dəqiqədə isə Emilio Zelaya təslli qolunu vurub. Ağayev meydan sahiblərindən 3, qonaqlardan 1 futbolçuya sarı vərəqə göstərib.Avropa LiqasıQrup mərhələsi, I tur20 senytabrG qrupu20:55. "Rapid" (Vyana, Avstriya) - "Spartak" (Moskva, Rusiya) - 2:020:55. "Vilyarreal" (İspaniya) - "Reyncers" (Şotlandiya) - 2:2H qrupu20:55. "Latsio" (İtaliya) - "Apollon" (Kipr) - 2:120:55. "Marsel" (Fransa) - "Ayntraxt" (Almaniya) - 1:2I qrupu20:55. "Beşiktaş" (Türkiyə) - "Sarpsporq" (Norveç) - 3:120:55. "Genk" (Belçika) - "Malmö" (İsveç) - 2:0J qrupu20:55. "Akhisarspor" (Türkiyə) - "Krasnodar" (Rusiya) - 0:120:55. "Sevilya" (İspaniya) - "Standard" (Lyej, Belçika) - 5:1K qrupu20:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Astana" (Qazaxıstan) - 2:220:55. "Renn" (Fransa) - "Yablonets" (Çexiya) - 2:1L qrupu20:55. PAOK (Yunanıstan) - Çelsi" (İngiltərə) - 0:120:55. "Videoton" (Macarıstan) - BATE (Belarus) - 0:2Qeyd edək ki, qalan 6 qrupda 12 görüş saat 23:00-da start götürüb.BAKU.WS
Oxşar xəbərlər
Çempionlar Liqasında qrup mərhələsinə start verilib
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə start verilib.İlk iki görüş B qrupuna təsadüf edib.İspaniya "Barselona"sı "Kamp Nou"da Hollandiya PSV-sini qəb...