"Qarabağ" "Zirə"ni məğlub edib

23
sen
2019
21:06
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.BAKU.WS-in məlumatına görə, turun son oyununda "Zirə" "Qarabağ"ı qəbul edib.Zirə Olimpiya Kompleksinin stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Görüşdə ilk qolu 12-ci dəqiqədə Maqaye Qeye vurub. 41-ci dəqiqədə "Qarabağ"ın ispaniyalı futbolçusu Xayme Romero fərqi 2 topa çatdırıb. 44-cü dəqiqədə "Zirə"nin heyətində Anastasios Papazoqlu avtoqol müəllifi olub. 88-ci dəqiqədə isə meydan sahibləri təsəlli qolunu vura biliblər. Xulio Rodrigez cərimə zərbəsini dəqiq yerinə yetirib.Bu nəticədən sonra 15-ci xalını qazanan "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Zirə" isə 7 xalla 3-4-cü yerləri bölüşdürür.Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" "Keşlə" ilə (0:0), "Qəbələ" "Səbail"lə heç-heçə (1:1) edib. "Sumqayıt" isə "Sabah"ı minimal hesabla üstələyib - 1:0.
Oxşar xəbərlər
"Neftçi" qələbə qazana bilməyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.BAKU.WS-in məlumatına görə, turun sonuncu matçında "Neftçi" "Sabah"ı qəbul edib."Bakcell Arena"da...
