Millimizi çalışdıran braziliyalı əfsanə vəfat etdi
Azərbaycanın futbol üzrə milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres 72 yaşında dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, 1970-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olmuş Torres ürək çatışmazlığından ölüb. O, 1970-ci ildə əfsanəvi Braziliya yığmasının kapitanı olub.
Torres 2004-2005-ci illərdə Azərbaycan seçmə komandasına rəhbərlik edib.
Ümumilikdə Karlos Alberto rəhbərliyi altında komandamız 18 oyunda yığmamızı meydana çıxarmışdır. 2 oyunda - Qazaxıstanla səfər və Özbəkistanla ev matçlarında yoxlama görüşlərində qələbə qazanmışdır. Ümumilikdə Torresin rəhbərliyi ilə yığmamız 18 oyunda 2 qələbə, 6 heç-heçə, 10 məğlubiyyət almışdır. Yığmamız 12 qol vurub, 36-nı buraxmışdır. Oyunların siyahısı bunlardan ibarət idi:
18 fevral 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan 6:0
31 mart 2004. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1
28 aprel 2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan 2:3
28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan 3:1
6 iyun 2004. Riqa. YO. Latviya – Azərbaycan 2:2
18 avqust 2004. Əmman. YO. İordaniya – Azərbaycan 1:1
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels 1:1
8 sentyabr 2004. Vyana. DÇ. Avstriya – Azərbaycan 2:0
9 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – Şim. İrlandiya 0:0
13 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – İngiltərə 0:1
17 noyabr 2004. Bakı. YO. Azərbaycan – Bolqarıstan 0:0
21 yanvar 2005. YO. Trinidad və Tobaqo – Azərbaycan 1:0
23 yanvar 2005. YO. Trinidad və Tobaqo – Azərbaycan 2:0
9 fevral 2005. Bakı. YO. Azərbaycan – Moldova 0:0
26 mart 2005. Varşava. DÇ. Polşa – Azərbaycan 8:0
30 mart 2005. Nyukasl. DÇ. İngiltərə – Azərbaycan 2:0
29 may 2005. Tehran. YO. İran – Azərbaycan 2:1
4 iyun 2005. Bakı. DÇ. Azərbaycan – Polşa 0:3
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Rövnəq Abdullayev: "Nəticə kimi qane etmədisə, əlini qaldırsın"
DÇ-2018-in seçmə mərhələsində öz meydanında Norveç ilə qarşılaşan milli komandamız 1:0 hesablı qələbəyə sevinib. Keçirdiyi hər 2 oyunda qələbə qazanan yığmamız...