Millimiz dünya çempionatında uğurlu çıxış edərsə, futbolçulara mükafat veriləcək

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında uğurlu çıxış edərsə yığma üzvlərinə mükafat paylanacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov bildirib.
Federasiya rəsmisi futbolçulara veriləcək məbləği açıqlamayıb:
"Təbii ki, sözügedəb mükafatın məbləğini açıqlaya bilmərik. Lakin artıq baş məşçi Elşad Quliyev bu barədə məlumatlıdır və futbolçulara öz sözünü çatdırıb. İnanırıq ki, qələbə bizimlə olacaq".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Oxşar xəbərlər
Tanınmış futbolçu kluba rəhbər TƏYİN EDİLDİ
"Şahdağ Qusar" klubu azarkeşlərini yeniliklə sevindirib. BAKU.WS xəbər verir ki, klub 2025/2026-cı illər mövsümündən etibarən I Liqada çıxış edəcək və bu, koman...
