Məşhur idman saytı Qurban Qurbanovdan yazdı - "Sensasiya komandasının baş məşqçisi ilə tanış olun"
Rusiyanın məşhur idman saytı olan "Çempionat.com" "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov haqqında süjet hazırlayıb.
BAKU.WS xəbər verir ki, çarxda Qurbanovun uğur hekayəsindən bəhs edilir.
Bildirilib ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində iki qələbə qazanıb.
"Sensasiya komandasının baş məşqçisi ilə tanış olun: Rusiyada oynayıb, klubu 17 ildir çalışdırır və artıq 10 çempionluq əldə edib. 90-cı illərdə Qurban Qurbanov "Fakel" klubunu Rusiya yüksək liqasına çıxarırdı. İndi isə o, Azərbaycan futbolu tarixinin ən uğurlu baş məşqçisidir. Hətta bir komandada uzun müddət işləmək baxımından dünyada ikinci yerdədir", - deyə sujetdə qeyd olunub.
Qeyd edək ki, "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda İspaniyanın "Atletik Bilbao" klubu ilə növbəti qarşılaşmasını keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də "San Mames" stadionunda baş tutacaq.
Oxşar xəbərlər
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yold...