"Mbappe bizə heç nə deməyib, fikrini dəyişə bilər"

Mbappe bizə heç nə deməyib, fikrini dəyişə bilər
İdman 3

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappenin gələcəyi haqda danışıb.

O, adı "Real"la hallanan fransalı oyunçu ilə bağlı deyib:

“Mən hələ də ümid edirəm ki, Kilian fikrini dəyişəcək. Hazırda bizə heç nə deməyib, fikrini dəyişə bilər. Təsəvvür edək ki, bu mövsüm dörd titulun hamısını qazanırıq və Kilian son anda qərar verir. Onun Parisdə qalacağı ilə bağlı qərar. Niyə də yox? Baxacağıq”.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqavilə bu mövsümün sonu başa çatır.//qol.az

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər