Mbappe "Qızıl top"u niyə qazanmadı? - PSJ-nin baş məşqçisi AÇIQLADI
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappenin "Qızıl top"u ala bilməməsinə aydınlıq gətirib.
BAKU.WS-in xəbərinə görə, bu barədə "RMC Sport" məlumat yayıb.
Mütəxəssis hesab edir ki, Mbappenin "Qızıl top"un sahibi olmaq üçün klub və ölkə səviyyəsində kifayət qədər kubokları yoxdur.
"Əlbəttə, "Qızıl top"u qazanmaq üçün Kilianın maksimum səviyyədə olduğu fərdi çıxışlardan əlavə, klub və milli komanda səviyyəsində kuboklar qazanmaq lazımdır. PSJ-də bacardıqca qalib gəlməyə çalışırıq, amma açıq-aydın Kilian millidə də uğur qazanmalıdır. Və əminəm ki, o, bir-çox "Qızıl top" qazanacaq", - deyə Enrike bildirib.
Xatırladaq ki, oktyabrın 30-da "Qızıl top" səkkizinci dəfə argentinalı futbolçu Lionel Messiyə verilib.
Oxşar xəbərlər
PSJ-dən Mbappe ilə bağlı RƏSMİ AÇIQLAMA
PSJ Kilian Mbappenin əsas heyətə qayıtdığını açıqlayıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “Loryan”lə oyundan əvvəl komanda və Kilian Mbappe arasında ko...