PSJ-dən Mbappe ilə bağlı RƏSMİ AÇIQLAMA

PSJ Kilian Mbappenin əsas heyətə qayıtdığını açıqlayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “Loryan”lə oyundan əvvəl komanda və Kilian Mbappe arasında konstruktiv, müsbət danışıqlar baş tutub. Nəticədə oyunçu bu səhər əsas komandanın məşqinə qaytarılıb.
Daha əvvəl məlum olmuşdu ki, PSJ 2024-cü ilin yayında “Real Madrid”ə transfer zəmanəti ilə Mbappenin müqaviləsini 2025-ci ilə qədər uzatmaq istəyir. Kilian isə müqaviləsini bir il uzatmaq variantını aktivləşdirmək istəmədiyi üçün bir neçə həftəlik PSJ-dən uzaqlaşdırılmışdı.
O, heç vaxt Luis Enrikenin rəhbərliyi altında məşq etməyib.Dünən Liqa 1-in 1-ci turunun “Loryan”la oyununu (0:0) Mbappe tribunadan izləyib
Oxşar xəbərlər
PSJ rəhbərliyi Mbappenin klubu aldatdığını düşünür
Fransanın "Paris Sen-Jermen" (PSJ) futbol klubunun rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin müqaviləni yeniləyərkən klubu aldatdığını hesab edir. BAKU.W...
