PSJ rəhbərliyi Mbappenin klubu aldatdığını düşünür
Fransanın "Paris Sen-Jermen" (PSJ) futbol klubunun rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin müqaviləni yeniləyərkən klubu aldatdığını hesab edir.
BAKU.WS "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə jurnalist Loik Tanzi məlumat verib.
Mənbənin məlumatına görə, 2022-ci ildə Mbappe azad agent kimi klubu tərk etməyəcəyinə söz verib. Qeyd olunur ki, PSJ rəhbərliyi fransalıya inanıb və Kilianla qısamüddətli müqavilə imzalamağa qərar verib, 3 illik müqavilədə israrlı olmayıblar.
"Marca" nəşrinin daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.
İyunun 26-da "Le Parisien" nəşri PSJ-nin prezidenti Nasser Əl-Xelayfinin klubun hələ də futbolçunu müqavilə imzalamağa razı salmaq şansının olduğuna əminliyini ifadə edib.
Xatırladaq ki, Mbappenin müqaviləsi gələn ilin yayında başa çatır.
Oxşar xəbərlər
"PSJ" Mbappeni sata bilmir
Fransasın "PSJ" klubunun prezidenti Nasser Əl-Helaifi hücumçu Kilian Mbappeni 200 milyon avroya "Real Madrid"ə satmağa hazırdır, lakin oyunçunun anası müqavilən...