"PSJ" Mbappeni sata bilmir

PSJ Mbappeni sata bilmir
İdman 104

Fransasın "PSJ" klubunun prezidenti Nasser Əl-Helaifi hücumçu Kilian Mbappeni 200 milyon avroya "Real Madrid"ə satmağa hazırdır, lakin oyunçunun anası müqavilənin bağlanmasına mane olur.

BAKU.WS xəbər verir ki, bu barədə "El Debate" məlumat yayıb.

Fayza Lamari futbolçunun agentidir. Nəşrin yazdığına görə, o, parislilərdən iyul ayı üçün ödənilməmiş bonuslar şəklində 60 milyon avro tələb edir, hətta oğlu indi getsə belə.

"Marca"nın daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq "PSJ" rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını, lakin sona qədər işləmək niyyətində olduğunu bildirib. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.

Xatırladaq ki, 2018-ci ilin yayında "Monako"dan transfer edilən Mbappe "PSJ"-də 6 mövsüm keçirib.

Son mövsümdə Liqa 1-də 34 oyuna çıxan Fransa millisinin üzvü komandasının çempionluğuna 29 qol və 6 məhsuldar ötürmə ilə yardımçı olub.

Oxşar xəbərlər

Son xəbərlər