Luis Enrike Mbappe ilə bağlı suala qəzəbləndi
PSJ-nin baş məşqçisi Luis Enrike klubun fransalı hücumçusu Kilian Mbappe ilə bağlı verilən suala qəzəblənib.
BAKU.WS bu barədə "RMC Sport" nəşrinə istinadən xəbər verir.
Enrike jurnalistlərin Mbappenin meydançada daha az sərbəst olması ilə bağlı sualına belə cavab verib:
"Heç kimə nəyisə sübut etmək məcburiyyətində deyiləm. Kilian Mbappe də mən bura gələndə olduğu kimi azadlığa malikdir. O, hər mövsüm 50 qol vurub, 25 məhsuldar ötürmə edən ən yaxşı oyunçumuzdur. O, təkcə doqquz nömrə kimi deyil, həm də sağ və sol cinahlarda tam sərbəst oynayır. Bunu sizə bir daha təkrarlayacağam. Mbappeni belə oynamağa inandırmağa ehtiyacım yoxdur", - mütəxəssis bildirib.
Oxşar xəbərlər
Mbappe "Qızıl top"u niyə qazanmadı? - PSJ-nin baş məşqçisi AÇIQLADI
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappenin "Qızıl top"u ala bilməməsinə aydınlıq gətirib. BAKU.WS-in xəbərinə görə, b...