"Mançester Siti" "Marsel"in qapıçısını transfer etdi
"Mançester Siti" heyətini yeni qapıçı ilə gücləndirib.
BAKU.WS xəbər verir ki, İngiltərə klubu Fransanın "Marsel" komandasının argentinalı qapıçısı Xeronimo Rullini transfer edib.
34 yaşlı qolkiper "Mançester Siti" ilə ikiillik müqavilə imzalayıb. Sözləşmə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Transfer beynəlxalq icazənin alınmasından sonra rəsmiləşəcək.
Rulli üçün bu, "Mançester Siti"də ikinci dönəm olacaq. Argentinalı futbolçu daha əvvəl 2016/2017 mövsümündə klubun heyətində olub. Lakin həmin vaxt əsas komandada heç bir oyuna çıxmayıb.
Təcrübəli qapıçı karyerası ərzində yüksək səviyyəli turnirlərdə çıxış edib və indi yenidən Mançester klubunun formasını geyinəcək.
Oxşar xəbərlər
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək. BAKU.WS Apa-ya istinadən xəbər...