Macarıstan Qran-prisində qalib Lando Norris oldu
03
avq
2025
22:35
"Formula-1" üzrə Dünya Çempionatının 14-cü mərhələsi – Macarıstan Qran-prisi artıq geridə qalıb və qalibin adı bəlli olub.
BAKU.WS xəbər verir ki, "McLaren" komandasının britaniyalı pilotu Lando Norris Hunqarorinq trasında baş tutan gərgin yarışı birinci sırada tamamlayaraq qələbə sevinci yaşayıb.
Bu, onun mövsümdəki növbəti uğurlu çıxışı kimi qiymətləndirilir.
Norrisin komanda yoldaşı – avstraliyalı Oskar Piastri ikinci yeri tutub və bu nəticə "McLaren" üçün ikiqat sevincə səbəb olub. "Mercedes" pilotu Corc Rassel isə podiumun üçüncü pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb
UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında ikinci hissə başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, fasilədən sonra Azərbaycan millisi hesabd...