Kamran Ağayevin yeni klubu məlum oldu
25
dek
2017
18:36
Qış fasiləsinin fəal komandalarından olan "Keşlə" daha bir keçidi reallaşdırıb.BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayev gözlənildiyi kimi, paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.Baş məşqçi postuna Yuri Maksimovu gətirən və ardından "Neftçi"dən Məqsəd İsayevi transfer edən "Keşlə"nin Çexiya klubu "Mlada"dan ayrılan Ağayevlə anlaşması cari mövsümün sonuna qədər nəzərdə tutulub.Bu isə o deməkdi ki, 31 yaşlı qolkiper 2015-ci ilin yanvarından bəri bir klubda 6 ay oynamaq ənənəsini davam etdirib. İki il əvvəl "Qəbələ"dən "Kayserispor"a keçən Kamran həmin vaxtdan bəri, demək olar ki, hər transfer dönəmində klubunu dəyişib. Ağayev son 3 il ərzində 6-cı dəfə yeni komanda ilə müqavilə imzalayıb. Qapıçı buna qədər müvafiq olaraq "Kayserispor", "Karşıyaka", "İnter" (hazırkı "Keşlə"), "Boavişta" və "Mlada"da qısamüddətli macəra yaşayıb.BAKU.WS
Oxşar xəbərlər
“İnter” klubunun adı dəyişdirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasında ad dəyişikliyi rəsmiləşib. BAKU.WS Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, “İnter” Peşəkar İdm...