Kamran Ağayev "Benfika" ilə oyunda dava saldı
Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyada "Benfika" futbolçuları ilə dalaşıb.
BAKU.WS "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kamranın çıxış etdiyi "Boavişta" klubu Portuqaliya çempionatının 17-ci turuunda lider "Benfika"nın qonağı olub.
Oyunun gedişində "Boavişta" 3:0 önə çıxsa da, hesabı sona kimi saxlaya bilməyib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Kamran 90 dəqiqə meydanda olub. Emin Mahmudov isə 89-cu dəqiqədə Fabio Espinyonu əvəz edib.
Kamran vaxtı uzatdığı üçün 75-ci dəqiqədə sarı vərəqə alıb. O, oyun başa çatdıqdan sonra "Benfika"nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Lakin onu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov və komanda yoldaşları ayırıb. Ehtimal edilir ki, "Benfika"nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb. Çünki Kamranı yalnız komandanın məşqçilər heyəti və stadionun mühafizəçiləri sakitləşdirə bilib.
Qeyd edək ki, bu nəticədən sonar "Boavişta" 21 xalla 11-ci pillədə qərarlaşıb.
"Benfika" 3-3 "Boavişta"
Qollar: Konstantinos Mitroğlu, 41, Jonas, 52-pen, Fabio Espinyo, 67-öz qapısına - Yuri Medeyros, 14, Lukad De Lima, 20, Andre Şembri, 25
BAKU.WS
Oxşar xəbərlər
Portuqaliyalı azarkeşlərdən Kamran Ağayevə sevgi nümayişi (VİDEO)
"Boavişta" klubunun formasını geyinən yığmamızın qapıçısı Kamran Ağayev artıq portuqaliyalı azarkeşlərin sevimlisinə çevrilib. BAKU.WS-in məlumatına görə, por...