Portuqaliyalı azarkeşlərdən Kamran Ağayevə sevgi nümayişi (VİDEO)

Portuqaliyalı azarkeşlərdən Kamran Ağayevə sevgi nümayişi (VİDEO)
Video
İdman 8454

"Boavişta" klubunun formasını geyinən yığmamızın qapıçısı Kamran Ağayev artıq portuqaliyalı azarkeşlərin sevimlisinə çevrilib.

BAKU.WS-in məlumatına görə, portuqaliyalı azarkeşlərin çempionatın son turunda "Rio-Ave" ilə səfər matçında tribunadan çəkdikləri video bunu bir daha göstərir. "Rio-Ave" ilə matçda gözəl seyvlər edərək komandasının 2:1 hesablı qələbəsini təmin edən Kamran Ağayav oyundan sonra komanda yoldaşları ilə azarkeşlər olan tribunaya yaxınlaşır. Kamran Ağayev azarkeşləri coşdurmaq üçün jestlər edib.

Qeyd edək ki, Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatında 13 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda Kamran Ağayevin gəlişindən sonra inamlı oyun sörgiləyir. 

Azər Məmmədov 

BAKU.WS

Oxşar xəbərlər

Vəkil: "Kamran Həsənliyə himayədarlıq edən şəxsin adı açıqlanacaq"

Vəkil: "Kamran Həsənliyə himayədarlıq edən şəxsin adı açıqlanacaq"

Müğənni Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu şoumen Kamran Həsənliyə açılmış cinayət işindən danışıb. BAKU.WS bildirir ki, Ruslan Əhmədoğlu teleqraf.com-a a...

1752 Şou-biznes 13:49 01 oktyabr 2016

Son xəbərlər