Vəkil: "Kamran Həsənliyə himayədarlıq edən şəxsin adı açıqlanacaq"
Müğənni Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu şoumen Kamran Həsənliyə açılmış cinayət işindən danışıb.
BAKU.WS bildirir ki, Ruslan Əhmədoğlu teleqraf.com-a açıqlamasında Kamran Həsənlini rəhbər şəxslərin müdafiə etdiyini və istintaqa mane olduqlarını deyib: "Bilmirik, Kamran Həsənlinin, yoxsa himayədarlarının arxasınca düşək. Samir Piriyev çıxılmaz vəziyyətdə qalıb və Kamrana himayədarlıq edən rəhbər şəxslərin adını açıqlamaq istəyir.
Əvvəl Kamran Həsənlini bir neçə şəxs müdafiə edirdi. İndi Allah onların başını elə qatıb ki, öz problemləri özlərinə bəsdir. Amma hazırda bir neçə şəxs istintaqın gedişinə mane olur".
Kamran Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Kamran Həsənliyə cinayət işi açıldı
Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb. BAKU.WS xəbər verir ki, bu barədə hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bild...