Kamran Həsənliyə cinayət işi açıldı

Kamran Həsənliyə cinayət işi açıldı
Hadisə 3206

Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.

BAKU.WS xəbər verir ki, bu barədə hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

BAKU.WS

Son xəbərlər